Daban tikanı və hallux valgus şlepası birlikdə.
Hallux valgus ayağın 1-ci daraq sümüyündə əmələ gələn sümük başı böyüməsi üçün xüsusi dizayn edilmiş qorunaqlı bölgə ve daban tikanı xəstələri üçün xüsusi olaraq dəstəkli ortopedik tabanlıqla istehsal olunmuşdur. Epin dəstəyi, metatars dəstəyi və medial longitudinal qövs dəstəyi ilə ayaq tabanındakı təzyiqləri azaldıb uyğun paylanmasını təmin edərək rahatlıq və komfort təmin edərkən, 1-ci daraq sümüyünün olduğu bölgəyə yerləşdirilən xüsusi elastik parça materialı ilə tam komfort və rahatlıq təmin edir. Daban ağrısını yüngülləşdirir.
%100 Təbii nəfəs alan dəridən əl ilə istehsal olunmuşdur.
Taban, yüngül və sürüşməmə xüsusiyyətinə malik poliuretan materialdan istehsal olunmuşdur. Gigienik və antibakterialdır.
Məhsulun təmizliyində yüngül nəmli bezlə silinməli, qəti şəkildə maşınla yuyulmamalı, islandıqda isə öz halında qurudulmağa buraxılmalıdır. Soba, kalorifer və s. yerlərdə qəti şəkildə qurudulmamalıdır.
ML-0965